image-rt-reklam
image-ermebackend

Ermənistanda dəhşətli qəza: 11 nəfər öldü, 6 nəfər yaralandı

image-728x90

Ermənistanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ulusal.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, avqustun 14-ə keçən gecə İrəvan-Gümrü yolunda, Landcik kəndi yaxınlığında(Şirak rayonu) 11 nəfərin ölümünə, 6 nəfərin isə xəsarət almasına səbəb olan avtomobil qəzası baş verib.

Məlumata görə, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.

Qəza nəticəsində 11 nəfər ölüb. Xəsarət alan 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90