image-rt-reklam
image-1backend

“Ermənistana nə aldığı silahlar, nə də ki, “bacıları” kömək edə bilməyəcək”

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə ölkəsinin silahlanması istiqamətində həyata keçiriləcək işlərdən danışıb. Baş naziir bildirib ki, Ermənistan yeni tərəfdaşlar və silah tədarükçülərinin axtarışındadır.

Paşinyanın bu etirafı Ermənistanın bu gün də militarizm siyasətini davam etdirməsinin rəsmi təsdiqi sayıla bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, Ermənistanın bu gün də hərbiləşmə siyasətindən imtina etmədiyini vurğulayıb:

“Paşinyan Ermənistan parlamentində çıxışı zamanı praktiki olaraq, bütün uğursuzlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını günahlandırıb. Ermənistanın yeni tərəfdaşlar və silah tədarükçülərinin axtarışında olduğunu bəyan edib. Aydın məsələdir ki, nə Ermənistan bir dövlət olaraq, nə də ki, Paşinyan bir lider kimi o imkanlara malik deyil ki, açıq şəkildə “ağalarının” üzünə ağ olsun. Məsələnin kökündə, Fransa və bəzi Qərb dairələrindən verilmiş konkret tapşırıqların icrası durur. Həmin dairələr, 44 günlük müharibədə Azərbaycanın qələbəsini həzm edə bilmir və bölgədə dayanıqlı sülhün əldə olunmasını, öz geosiyasi maraqlarına təhdid olaraq görürlər. Əsas məqsədləri Rusiyanın Ermənistandan çıxarılması və Fransa ilə əvəz olunmasıdır.

Fransadan, Hindistandan və digər bir sıra ölkələrdən yeni silahların alınması, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 10% artırılması, fasiləsiz olaraq Azərbaycan əleyhinə informasiya müharibəsini genişləndirməsi, bir daha sübut edir ki, Ermənistan militarizm siyasətindən əl çəkmək niyyətində deyil. Sülh istəyən ölkə, baş verənlərdən düzgün nəticə çıxarmalı, hər hansı vasitəçi olmadan danışıqlar masasına oturmalıdır. Regiona aidiyyəti olmayan böyük dövlətlərin əlində ,,alət,, olmamalıdır.

Əks halda, nə aldığı silahlar, nə də ki, “bacıları” kömək edə bilməyəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90