image-rt-reklam
image-1backend

Ermənistan-Türkiyə sərhəddi açılır: Son işlər gedir

image-728x90

Ermənistanla Türkiyə arasında sərhədlərin tezliklə açılacağı gözlənilir. Bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan da çıxışında buna ümid etdiklərini bildirmişdi.

Ulusal.az xəbər verir ki, artıq iki ölkəni birləşdirəcək ilk gömrük məntəqəsi hazır vəziyyətə gətirilib. Belə ki, Ermənistan-Türkiyə sərhəddində yerləşən Marqara Gömrük Keçid Məntəqəsinin tikintisi başa çatıb. Artıq gömrük məntəqəsi tam hazır vəziyyətədədir və ondan istifadə üçün hər hansı problem qalmayıb.

Armavir vilayətinin quberantorluğundan bildirilib ki, yaxın günlərdə İrəvandan gələrək, tikiti işləri ilə tanış olub, sonra da məntəqənin istifadəsinə razılıq veriləcək.

Nəzərinizə çatdıraq ki, Türkiyə Ermənistanla sərhəddini 1993-cü ildə bağlayıb. Buna səbəb isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması və torpaqlarımızı işğal etməsidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90