image-2000x150
image-3backend

Ermənistan tezliklə məhv olacaq – Rusiyalı politoloq

image-728x90

Rusiyalı politoloq Modets kolerov Ermənistanın tezliklə məhv olacağını bildirib.

Ulusal.az xəbər verir ki, Kolerov bu haqda “Hraparak” nəşrinə verdiyi müsahibədə bildirib.

“Mən Ermənistanın tezliklə məhv olacağı ilə bağlı proqnoz vermişəm və indi də bu proqnozda israrlıyam. Ermənistanın indiki hakimiyyətinin bugünkü bəyanatları və hərəkətləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, Rusiya ilə münasibətləri korlaması Ermənistanı birbaşa məhvə aparır. Ermənistan Respublikasının dövlətçiliyi bu gün ciddi təhlükə ilə üz-üzədir və ilk növbədə erməni xalqı bu barədə düşünməlidir.

Nikol Paşinyanın etdikləri sadəcə olaraq dəhşətli, dağıdıcı və təhlükəlidir. Ermənistan cəmiyyətinin niyə belə sakit və dinc olduğunu bilmirəm, amma əminliklə deyə bilərəm ki, Paşinyan iqtidarının vəziyyəti dəyişmək arzusu yoxdur və ümumiyyətlə, bu gün o qədər də real deyil”, – Kolerov deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90