image-2000x150
image-abs3backend

“Ermənistan sülhə hazır deyil” -Arzuman Muradlı

image-728x90

“Vaşinqtondakı danışıqların nəticəsinin müsbət və ya mənfi olmasını müəyyən etmək üçün bir qədər gözləməyə ehtiyac var. Bu danışıqlarda bizim daha sərfəli nəticə əldə edəcəyimiz Blinkenin açıqlamasından bəlli idi”. -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki,  hal-hazırkı dövrdə Ermənistan sülhə hazır deyil.

“Rəsmi İrəvan sülh prosesinə öz töhfəsini verə bilmir. İstər Ermənistan prezidenti, istərsə baş nazir Nikol Paşinyan, istərsə də Ermənistan Baş naziri səhər bir, axşam isə tam başqa bir söz deyirlər. Bu da, istər-istəməz qeyri-ciddilik yaradır. Yəni qarşı tərəfin davranışı danışıqlarla bağlı ümidləri zəiflədir. İndiki reallıqda isə  əsas məsələ Ermənistanın mövqeyinin dəyişməsi, mövcud reallığı qəbul etməsidir. Bu baş verərsə, real sülh haqqında danışmaq daha asan olar. Lakin görünən odur ki, erməni rəsmilər prosesi uzatmaqla sülh danışıqlarından birbaşa yayınmaq istəyirlər. Reallıq isə başqa şey deyir. Ermənistan hər keçən gün bu prosesdən yayınmaqla çox şey itirir.  Hazırda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Hazır olduğu ortaya çıxarsa, irəliləyişlər əldə ediləcək”, – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90