image-rt-reklam
image-1684809698_sebine-xasayeva-ggbackend

Ermənistan sülh təkliflərini qəbul etməlidir

image-728x90

İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu düşmənin müdafiə sədlərini dağıdaraq irəlilədi, ilkin qələbələr qazandı. Bu müharibə xalqın müharibəsi idi. Xalqla ordunun birliyi, ordunun döyüş hazırlığı, Ali Baş Komandanın sərkərdəlik qüdrəti döyüşləri qələbəyə yaxınlaşdırırdı. Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev xalqa müraiətində demişdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbycan öz ərazi bütövlüyünü bərpa edəcək”…

Şuşa noyabrın 8-də işğaldan azad edildi, noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı – İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatdı. Bu Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Məğlub Emənistan Bəyanatın şərtlərinə məhəl qoymadan ermənilik (işğalçılıq) niyyətini davam etdirirdi, işğaldan azad olunmuş  ərazilərdə yenə müxtəlif miqyaslı təxribatlar törədirdi.
İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edirdi. Yəni sülhməranlıların nəzarətindən keçirməklə bölgəyə belə minalar da gətirilirdi.. Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana kimi Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq piyadalar əleyhinə minalar gətirilir, müxtəlif yerlərdə basdırılırdı. Bu, Ermənistanın mina terroru idi.
Həmin vaxtlarda Azrbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində müəyyən tədbirlər görülməkdəydi. Azərbaycan sülh müqaviləsinin imzalanmasını təklif  edirdi, Ermənistan bu təkliflərdən müəyyən bəhanələrlə yayınırdı. Yayınmaqla  bir sırada təxribatlarını da davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar prosesi zamanı müəyyən fasilələrlə atışmalar da olurdu. 2021-ci ilin noyabrında sərhəddə ilk silahlı toqquşmalar baş verdi. Müharibə başa çatsa da, Ermənistan məğlub olduğunu etiraf etsə də…
2022-ci ilin sentyabr əməliyyatı ilə Ermənistan silahlı birləşmələrinə məxsus xeyli döyüş texnikası, canlı qüvvə məhv edən Azərbaycan silahlı qüvvələrinin hissələri xeyli ərazini də ermənisizləşdirdi.
2023-cü ilin martında Ermənistanın hələ də Azərbaycanın Qarabağ bölgəsindən çıxartmadığı silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərini davamlı atəşə tutdu.
Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri yerləşdirilmişdi. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular qalmaqdaydı.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi  Azərbaycan ərazilərində Ermənistanın silahsız müharibəsi davam edirdi. Erməbistan Azərbaycana məxsus faydalı qazıntı yataqlarını qeyri-qanuni istismar edirdi, ekoloji normalara əməl edilmirdi, təbii sərvətlər Ermənistana daşınırdı. Bu vəziyyət Azərbaycanda haqlı narazılıq yaratmışdı. Azərbaycanın bir-sıra vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdi.
Ermənistan aprelin 22-də  Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi yaratmışdı. Bu, müharibənin nəticələrinə də, bağlanmış üçtərəfli Bəyanata da zidd idi və müəyyən mənada, “Burda mənəm, Bağdadda kor xəlifə” iddiası idi.
Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da Azərbaycanın sülh təkliflərini Ermənistan ikitərəfli münasibətlər üçün düzgün və tarixi təklif kimi dəyərləndirmədi. Əksinə, ermənilik mərkəzi bildiyi Xankəndidə və onun ətrafında silahlı qüvvələrinin sayını artırırdı, ora  yeni silahlar çatdırırdı, təxribatlar törədirdi. Bu, Ermənistanın hərbi siyasəti idi, o, Qarabağın dağlıq hissəsində  siyasi fəaliyyətini də davam etdirirdi. Zamanında elan etdiyi “Dağlı Qarabağ Respublikası” na prezident də seçimişdi, parlament də yaratmışdı…
Ermənistana məxsus silahlı qüvvələr, Ermənstandan idarə edilən silahlı qüvvələr 2023-cü il sentyabrın 19-da bir-biri ilə əlaqələndirilmiş bir neçə genişmiqyaslı hərbi təxribat tərətdi, terror törətmək istədi, hücum etdi. Erməni kəşfiyyat-diversiya qrupları Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdığı minaları partlatdı, nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu, yaralandı. Həmin vaxtlarda ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələri döyüş mövqelərini gücləndirmiş və bölmələri yüksək döyüş hazırlığına gətirmişdi. Azərbaycan Ordusunun kəşfiyyatçıları bu faktı təsdiqləmişdi. Ermənistanın pozuculuq fəaliyyətinin, təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Əməliyyat 23 saat 43 dəqiqə davam etdi. Ermənistan silahlı birləşmələrinin hələ bölgədən çıxarılmamış hissələri, Ermənistanın nəzarətində olan silahlı birləşmələr təslim oldu. Lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də saat 13-də dayandırıldı.
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı
Azərbaycanın  dövlət suverenliyini tam təmin edildi. Azərbaycanın Zəfər tarixi Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Atiterror əməliyyatından sonra da ölkədə fəaliyyət göstərən siyasi partiyalarAzərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevi dəstəklədiyini bəyan etdi. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bildirdi. Bu Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdi…
Sülh müqaviləsinin imzalanması zərurəti dünyanın nizamı üçün də vacibdir…
Tarixi reallıqlar iki dövlət arasında münasibətlərin normallaşmasını tələb edir. Güclü (həm hərbi, həm iqtisadi, həm də siyasi!) Azərbaycanın sülh təkliflərinin şərtləri dünyəvi siyasətlə səsləşir. Ermnistan bu şərtlərlə razılaşmalıdır. Həm də Ermənistanın dövlətçiliyinin qorunması naminə…

Səbinə XASAYEVA

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90