image-2000x150
image-imagesbackend

“Ermənistan sülh müqaviləsi bağlamasa, müharibə qaçılmaz olacaq” -Arzuman Muradlı

image-728x90

“10 noyabr 2020-ci ildən sonra Azərbaycan və Ermənistan arasında müharibənin bitmədiyini sübut edən kifayət qədər hərbi-siyasi hadisələr baş verib. Son hadisələr – əsir əsgərimizə verilən işgəncə və bayrağımızın beynəlxalq tədbirdə yandırılması göstərir ki, müharibə iki millət arasında da davam edir. Yolu azıb erməni tərəfə keçən əsgərimizə vurduqları təpiklə ermənilər reinteqrasiya dediyimiz birgəyaşayışı qəbul etmədiklərini, bunun qeyri-mümkünlüyünü bir daha göstərdilər. Bayrağımızı İrəvanda, rəsmi tədbirdə yandıran ermənilər vandallıqları ilə yanaşı, bizimlə heç zaman barışmayacaqlarını nümayiş etdirdilər”. – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, ermənilər yeni müharibə eyforiyasına düşüblər, erməni cəmiyyəti 44 günlük Vətən müharibəsini yaddan çıxarıb.

Onun sözlərinə görə, müharibənin dayanmasından iki il yarım zaman keçib və vaxt uzandıqca himayədarına sığınan, işğaldan ruhlanan Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını, müstəqil olacaqlarını daha bərkdən söyləyirlər: “Ümumiyyətlə, bu gün real vəziyyət necədir? Azərbaycanın hərbi-siyasi üstünlükləri ortada olsa da, reallıqda Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometr sahəsi hələ də Ermənistan ordusunun işğalı altındadır, üstəlik, 8 anklav kənd. Qarabağda öz qoşunları ilə dayanan Rusiya torpaqlarımızı azad etməyə imkan vermir. Deməli, bu ərazi həm də Rusiyanın işğalı altındadır. Bütün bəlanın mənbəyi də budur. Erməni məğlub olub, amma Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometrini işğal altında saxlamaqla hələ də real qazancın əlində olduğunu bilir və onu əldən verməmək üçün 29 aydır ki, hər cür dona girir. Əlbəttə ki, bu donları onların əyninə himayədarları – Rusiya, İran, Fransa biçdiyindən, sülhdən, razılaşmadan qaça bilir”.

Arzuman Muradlı  vurğulayır ki, dünən ölkə başçısının Salyan rayonu səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində dediyi kimi, Qarabağda Azərbaycan bayrağı altında yaşamaq istəməyən erməniləri ərazini tərk etsələr daha yaxşı olacaq.

“Ölkə başçısı dünənki çıxışı ilə erməni cəmiyyətinə daha bir mesaj verdi: Ya bizim bayrağımız altında yaşayacaqsınız ya da sizi bu ərazilərdə çıxardacayıq. Görünən odur ki, erməni cəmiyyəti sülh sazişini qəbul etmək fikrində deyil. Əgər sülh sazişi imzalanmasa, o zaman müharibə qçılmaz olacaq və Xankəndində, Xocalıda Azərbaycan bayrağı dalğalandırlacaq”, – ekspert vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90