“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması mümkündür və bu istiqamətdə danışıqlar davam edir. Reallığı nəzərə alsaq rəsmi İrəvan sülh müqaviləsi bağlamağa məcburdur. Çünki ermənilərin başqa çıxış yolu yoxdur.”– bu fikirləri poliqoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, hər iki tərəf sülh sazişinin imzalanması ilə bağlı maraqlı olduğunu ifadə etsə də, erməni tərəfi məsələni hələ də uzadır.
“2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra regionda yeni vəziyyət yaranıb ki, bu da sülh prosesinə təsir edib.Ümumilikdə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ehtimalı yüksəkdir, lakin rəsmi İrəvan hələ də himayədarlarının dəstəyi ilə vaxtı uzadır. Bu isə hal-hazırda Ermənistanın vəziyyətinə təsir edir. Paşinyan hakimiyyəti ya sülh müqaviləsi bağlamalı, ya da hakimiyyəti təhvil verməlidir. “- deyə Arzuman Muradlı bildirib.