image-rt-reklam
image-1backend

“Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması sülh danışıqlarına zərbədir” – DEPUTAT

image-728x90

Xəbər verdiyimiz kimi 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Zəngilan və Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması, təxribatdır və iki ölkə arasında gedən sülh danışıqlarına zərbə kimi qiymətləndirilir:

“Ermənistan ordusunda müxtəlif xarici güclərə, eyni zamanda daxili revanşist-millətçilərə xidmət edən terrorçu qrupların mövcudluğu hər kəsə bəllidir. Bu baxımdan ola bilər ki, hərbçimizin yaralanması rəsmi qurumlar tərəfindən planlaşdırılmamışdır. İstənilən halda, məsuliyyət siyasi hakimiyyətin üzərinə düşür. Nümayiş olunan videokadrlarda hər şey aydın görünür. Ona görə də, erməni tərəfi dərhal xidməti araşdırma aparmalı, həmin snayperçi həbs olunmalı, cəzalandırılmalı və Azərbaycan tərəfi məlumatlandırılmalıydı.

Digər tərəfdən, son zamanlar Ermənistan, Fransa və Hindistan kimi dövlətlərin dəstəyi ilə, sürətlə silahlandırılır, ölkəmizə qarşı informasiya müharibəsini intensivləşdirir. Beynəlxalq ictimaiyyətə, Azərbaycanın yeni müharibəyə hazırlaşdığı barədə, yanlış məlumatlar ötürür. İki gündən bir Avropalı müşahidəçiləri sərhədə daşıyır. Bütün bunlar gərginliyə xidmət edən amillərdir. Tərəflər arasında etimad mühitini azaldır.

Düşünürəm ki, müəyyən fasilədən sonra mövqelərimizin atəşə tutulması, bəzi xarici güclərin, əsasən Fransa kimi dövlətlərin, ölkəmizə yönəlik təzyiq siyasətinin davamıdır. İndiki halda, yeni müharibədən danışmaq hələ tezdir. Allah eləməmiş, yenidən müharibə olsa, daha çox ölkələrin iştirakı qaçılmazdır. Biz buna hazlr olmalıyıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90