image-rt-reklam
image-sefir-erbackend

Ermənistan səfirləri sərhədə gətirir – Laçın postunda son vəziyyət

image-728x90

Rəsmi İrəvan Ermənistanda akreditasiya olunmuş diplomatik korpusun və beynəlxalq strukturların nümayəndələrini təşkil etdiyi “humanitar yardım” şousuna tamaş etmələri üçün bu gün sərhədə gətirəcək.

Bu barədə Ermənistan hökumətinin karvana nəzarət edən nümayəndəsi Vardan Sarkisyan deyib.

V.Sarkisyan bildirib ki, TIR-ların geri qaytarılması qərarı yoxdur: “Geri qayıtmaqdan söhbət gedə bilməz, cavab verilənə qədər burada qalacağıq”.

Azərbaycan Ağdam-Xankəndi marşrutundan istifadə təklifi etsə də, Ermənistan bundan imtina edir. İrəvanın məqsədi “humanitar yardım” şousu ilə diqqəti Laçın postuna çəkmək və beynəlxalq təzyiq vasitəsilə postun açılmasına nail olmaqdır.

Səfirləri əraziyə gətirmək də buna hesablanıb. Lakin bu şounun nəticə verməyəcəyi şübhəsizdir. Laçın postu Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qarabağdakı erməni əhalisinin istifadəsi üçün açıqdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90