Ermənistan ordusunda və hərbi sistemin müxtəlif qurumlarında kütləvi ixtisarlar həyata keçirilir.
Ulusal.az xəbər verir ki, bu “Hraparak” məlumat yayıb.
Saytın əldə etdiyi məlumata görə, son aylarda Müdafiə Nazirliyində və nazirliyin tabeliyində olan hərbi hissələrdə yüzlərlə hərbi qulluqçu heç bir əsaslı izahat verilmədən işdən azad olunub.
Mənbələrin bildirdiyinə görə, əsas hədəf attestasiyadan keçməyən, lakin aşağı maaşla xidmətini davam etdirən hərbçilərdir. Bununla yanaşı, orduda mülki şəxslərin sayının isə görünməmiş dərəcədə artdığı qeyd olunur.
Məlumatda vurğulanır ki, hərbçilər bu addımı ilk növbədə dövlətin maliyyəyə qənaət siyasəti ilə, daha sonra isə Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqələndirirlər.