Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İrəvandan uçuş 50 dəqiqə davam edib.
Simonyanın Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcəyi barədə daha əvvəl məlumat verilmişdi. Onun səfəri sentyabrın 19-21-nə planlaşdırılıb.
*** 20:05
Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti “FlyOne”dan “Gulfstream G450” təyyarəsi ilə Bakıya gedir.
Bildirilir ki, səyahət vaxtı bir saatdan azdır, minmə saat 20:10-da gözlənilir.
*** 15:18
Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana yola düşür, Ermənistan KİV-i Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Ermənistan nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək üçüncü beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.
Səfərin digər təfərrüatları hələlik açıqlanmayıb.