image-rt-reklam
image-1backend

“Ermənistan mallarının Azərbaycan üzərindən tranzitini təşkil etmək üçün ilk növbədə sülh müqaviləsi imzalanmalıdır” – DEPUTAT

image-728x90

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lännen Media” informasiya agentliyinə müsahibəsində kommunikasiyaların açılması məsələsinə toxunub. Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:

“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Ermənistanın xarici işlər naziri, həmişə olduğu kimi nağıl danışmaqla məşğuldur:

“Ermənistan mallarının Azərbaycan üzərindən və yaxud əks istiqamətdə tranzitini təşkil etmək üçün ilk növbədə sülh müqaviləsi imzalanmalıdı. Hansı ki, məhz onun ölkəsinin müxtəlif bəhanələrlə yayındığına görə müqavilə imzalanmır. Məhsulların tranziti, iqtisadi əməkdaşlıq və digər münasibətlər sonrakı məsələlərdir. Yaxşı olar ki, Mirzoyan daşıdığı vəzifəyə uyğun olaraq, sülhün əldə olunmasına mane olan amillərin aradan qaldırılmasına çalışsın”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90