“Bütün münaqişələr sonda eyni ssenari ilə davam edir. Müharibədə uduzan və məğlub olan tərəf var. Məğlub olan tərəf hadisələri dərk edənə qədər müəyyən zaman keçir. İndi reallıq budur ki, ermənilər məğlub olduqlarını dərk edirlər.”- bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili bildirib ki, Ermənistan siyasi hakimiyyəti heç zaman müstəqil siyasət yürütməyib.
“Bu tarix boyu belə olub. Ermənilər 2020-ci ildə Vətən Müharibəsi ərəfəsində İrana arxalanırdılar. Müharibənin gedişində Fransa da onlara dəstək verməyə başladı. Amma heç bir dəstək onları xilas edə bilmədi.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: