“Son bir neçə gündür baş verən hadisələr onu göstərir ki, Ermənistan sərhəddə genişmiqyaslı təxribatlara hazırlaşır. Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın Ermənistandakı səfiri ilə görüçü zamanı söylədiyi biz sərhəddi möhkəmləndiririk ifadəsi erməni tərəfinin təxribat hazırlığından xəbər verir” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı səsləndirib.
Politoloq qeyd edib ki, Ermənistanın təxribat hazırlıqlarına dəstək verən Fransadır.
“Fransa səfiri erməni müdafiə naziri ilə görüşdən çıxan kimi Azərbaycanla sərhəd xxəttinin xəritəsini paylaşaraq burada təxribat törədiləcəyinə işarə verib. Bundan sonra erməni nazir yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb. Bütün bunlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir və aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır. Bir sözlə Ermənistan yeni təxribatın anonsunu verib. Rəsmi Bakı erməniləri hələ bir neçə gün öncə xəbərdar edərək, istənilən təxribatın qarşısını alacağını açıqlamışdı. Görünür ermənilər 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətlərini unudublar.” -deyə Arzuman Muradlı bildirib.