image-rt-reklam
image-irevanbackend

Ermənistan elan etdi: Yeni Konstitusiyanın mətni bu tarixdə hazır olacaq

image-728x90

Əsasən dörd sahədən ibarət olan demokratiya və qanunun aliliyinin gücləndirilməsi istiqamətində addımlar atılır.

Ulusal.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.

Erməni nazir deyib ki, belə addımlardan biri də konstitusiya islahatlarıdır: “Müvafiq şura var, Konstitusiyanın konsepsiyası hazırlanıb və biz indi Konstitusiyanın yeni mətni üzərində işləyirik, götürülmüş öhdəliyə uyğun olaraq, 2026-cı il seçkilərinə hazır olmalıdır”.

O deyib ki, Konstitusiyada insan hüquqları, o cümlədən sosial-iqtisadi hüquqlar ön plana çəkiləcək, həmçinin hökumətin nizamı, müxtəlif dövlət orqanlarının yeri və rolu ilə bağlı bir sıra müddəalar olacaq və təbii ki, bir çox başqa müddəalar da var.

Bu yaxınlarda seçki qanunvericiliyinə fərdlərin, xüsusilə də əlillərin hüquqlarını vurğulayan əlavələr paketini qəbul edildiyini deyən Qalyan, bildirib ki, bu, qanunvericilik paketinin əsas diqqəti partiyaların maliyyələşdirilməsinə yönəldilib və partiyalara mümkün bərabər maliyyələşmə imkanı verilib.

Qalyan deyib ki, hazırda fərdi məlumatların qorunmasına cavabdeh olacaq ayrıca institutun yaradılması konsepsiyası hazırlanır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90