image-2000x150
image-088edee943d0b60a59d03e224d0ad80cbackend

Ermənistan ÇALXALANIR – “Tək qalmışıq”

image-728x90

“Sergey Lavrovun bəyanatı Rusiyanın Ermənistanı bölgədə tək qoymaq təhdididir”.

Ulusal.az erməni mediasına istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Vigen Xaçatryan deyib.

Xaçatryan Lavrovun “Ermənistanı Rusiya hərbi bazasını öz ərazisindən çıxarmağa məcbur edirlər” sözlərini şərh edib.

Onun sözlərinə görə, Ermənistan heç vaxt belə bir tələb irəli sürməyib və rusiyalı həmkarları ilə dialoqda belə bir məsələ qaldırmayıb. Vigen Xaçatryanın fikrincə, belə bir bəyanat “Bir tərəfdən, Rusiyanın Ermənistandan çıxması üçün zəmin hazırlamaq kimi qiymətləndirilə bilər ki, bu da arzuolunmazdır. Digər tərəfdən, bu, Rusiyanın ABŞ-la ziddiyyətləri Ermənistan ərazisinə köçürmək cəhdidir”.

“Bu, təxribatdır. Onlar Ermənistanla heç vaxt bu mövzuda danışmayıblar. Belə çıxır ki, ABŞ-la olan ziddiyyətlərini bizim vasitəmizlə həll etməyə çalışırlar. Bizim heç bir istəyimiz yoxdur. Biz dəfələrlə bildirmişik ki, bu ziddiyyətlərin Ermənistan ərazisinə ötürülməsi yolverilməzdir. Biz Rusiya ilə ABŞ arasındakı bu ziddiyyətlərin bizim hesabımıza həll olunmasını və ya inkişaf etdirilməsini istəmirik”, – deyə erməni deputat bildirib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90