image-rt-reklam
image-1backend

Ermənistan bu zavodu işə salır: Azərbaycanın tələbindən sonra köçürmüşdü

image-728x90

Metallurgiya zavodu demək olar ki, hazırdır və yaxın vaxtlarda işə salınacaq.

Bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O, əmin edib ki, 2025-ci ilin fevralından mart ayına kimi irimiqyaslı istehsala keçmək planlaşdırılır.

“Zavod yüksək keyfiyyətli hazır məhsullar istehsal edəcək”, – Papoyan qeyd edib.

O bildirib ki, zavoda 40-50 milyon dollarlıq investisiya qoyulub.

Qeyd edək ki, bu zavod Azərbaycanla sərhəddə yerləşirdi və ekologiyaya böyük ziyan vururdu. Azərbaycanın israrlı təkidlərindən sonra Ermənistan bu zavodu Aarat rayonunun Ararat icmasına köçürüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90