image-rt-reklam
image-1backend

Ermənistan bu gün saat 14:00-da Azərbaycanla sərhəddə partlayış törədəcək

image-728x90

Ermənistan Kirants-Açarkut yolunun yenidən qurulması prosesində partlayış işləri həyata keçirəcək.

Bu barədə Ermənistan Yol İdarəsi Fondundan məlumat verilib.

“Yol tikintisi işləri ilə əlaqədar bu gün, iyunun 24-də saat 14:00 radələrində Kirants-Açarkut avtomobil yolunda partlayış işləri aparılacaq. Biz ictimaiyyəti narahat olmamağa çağırırıq”, – fondun bəyanatında deyilir.

Qeyd edək ki, Kirantsın girişindəki körpünün Azərbaycanın nəzarətinə keçməsindən sonra ermənilər yeni çəkilən bu yoldan istifadə etməli olacaqlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90