image-rt-reklam
image-1backend

Ermənistan bu ərazilərdə ordumuzun mövqelərinə hücum edəcək – Rəsmi etiraf

image-728x90

Ermənistan Azərbaycan qoşunlarının Geqarkunikdən (Göyçə mahalı-red) çıxarılması üçün başqa vasitələrə əl atacaq.

Ulusal.az xəbər verir ki, bu barədə Geqarkunikin qubernatoru Karen Sarkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

K.Sarkisyan bildirib ki, Azərbaycan qoşunlarını Geqarkunik bölgəsinin ərazilərindən geri çəkməlidir.

Jurnalistlər “bəs geri çəkilməsələr, hansı addım atılacaq” sualına K.Sarkisyan belə cavab verib: “Onları geri çəkilməyə məcbur etmək üçün başqa vasitələrdən istifadə olunacaq. Müxtəlif amillərdən istifadə oluna bilər, güc variantı da bura daxildir, amma güc son vasitədir”.

Qeyd edək ki, söhbət 2022-ci ilin sentyabrında Ermənistanın təxribatından sonra sərhəddə baş verən toqquşmadan gedir. O vaxt Azərbaycan ordusu Ermənistanla şərti sərhəddə irəliləyərək, strateji mövqelərə yerləşib. Bu ərazilər əsasən işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz şəkildə irəli çəkməsi nəticəsində “Ermənistan ərazisinə” çevrilib. Ordumuz bunu bərpa etdi. Ermənistan tərəfi isə iddia edir ki, Azərbaycan qoşunları onların “ərazisindədir”, lakin bu iddialarını isbat edə bilməyiblər. İrəvanda ümid edirlər ki, sərhədin demarkasiyası prosesində Azərbaycan qoşunları əvvəlki mövqelərinə çəkiləcək, lakin rəsmi Bakı bunun olmayacağını qəti şəkildə bəyan edib.

Qubernator K.Sarkisyanın açıqlaması isə göstərir ki, Ermənistan hücuma keçmək və ordumuzu geri çəkilməyə məcbur etmək ssenarisini hazırlayır. Sarkisyanın sözləri bunun rəsmi etirafıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90