image-rt-reklam
image-pasinyan-768x403backend

“Ermənistan bir dövlət kimi xəritədən silinə bilər” – Arzuman Muradlı

image-728x90
“Ermənistan rəhbərliyinin qərar vermək səlahiyyəti yoxdur. Rusiya Ermənistanı istədiyi kimi idarə edir”- Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa
Politoloq qeyd edib ki, indiki halda Ermənistan rəhbərliyi Qərb və Moskva arasında var – gəl edir.
“İndi müasir və dəyişən dünyada yaşayırıq. Amma Rusiya Cənubi Qafqazda öz nüfüzunu itirmək istəmir. Ermənistan Qərbə yönəlik bağışları isə tezliklə bloklanacaq. Rusiya Ermənistanı itirmık niyyətində deyil. Bunun üçün hətta savaşa da gedə bilər. Qərbin missiyasının Ermənistanda olması Rusiyanın açıq qıcıqına səbəb olub. Sözsüz ki, ən müxtəlif qüvvələrin Ermənistana cəlb olunması uzunmüddətli perspektivdə bu ölkənin mövcudluğunu sual altında qoyur. Bu, Azərbaycan, ümumilikdə, region üçün də risklər yaradır, bölgəni oda atır. Bir Paşinyan özünü qorusun deyə, bütün regionu oda atmağa çalışır. Çünki region Ermənistanın vecinə deyil. Ermənistanın bura bir bağlılığı yoxdur. İndi Paşinyan Avropa Birliyini, ABŞ-ı, İranı, Fransanı, Rusiyanı ölkəyə dəvət edir. Bu konfiqurasiyasda həm də bir sövdələşmə elementi var, söhbət daxili anlaşmadan gedir. Paşinyan bir-birinə zidd qüvvələr arasında “çarpaz balans” siyasəti yürütməyə çalışır.
Ermənistan hər birinə ayrı-ayrı sözlər verir, birinin yanında digərinin əleyhinə ifadələr işlədir. Pulu Avropa Birliyindən alır, nəzarət üçün sözü Rusiyaya verir, İrana isə “siz də varsız” deyir və sair.
Bütün bunlar isə Ermənistana yaxşı heç nə vəd etmir.”- deyə Arzuman Muradlı əlavə edib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90