image-rt-reklam
image-1713683736_cavansir_feyziyev564backend

“Ermənistan beynəlxalq miqyasda qaçaqmalçılıqla məşğuldur” – Millət vəkili

image-728x90

“Ermənistan beynəlxalq miqyasda qaçaqmalçılıqla məşğuldur.  Amma Qərb Ermənistanın bu qaçaqmalçılığına göz yumur və İrəvana güzəştə gedir”. – bu fikirləri  Baku TV- yə müsahibəsində millət vəkili Cavanşir Feyziyev bildirib.

Deputat Fransa tərəfindən Ermənistana 75 milyon avro həcmində kredit ayrılması haqqında danışarkən qeyd edib ki, İrəvandan verilən rəsmi məlumata görə bu vəsait büdcə kəsirinin təmin olunması üçün istifadə olunacaq.

“2- ci Qarabağ müharibəsindən sonra Ermənistanda yaranmış gərgin vəziyyətə baxmayaraq rəsmi məlumata görə son 2 ildə ölkə iqtisadiyyatında artım müşahidə olunmaqdadır.  Bir tərəfdən, Paşinyan hökümətinin keçirdiyi iqtisadi islahatlar 30 il ərzində kriminal- oliqarxık hakimiyyətin idarəçiliyi nəticəsində durğunluq effekti yaşayan Ermənistan iqtisadiyyatında az da olsa canlanma yarada bilib. Digər tərəfdən, son 2 ildə kollektiv Qərb tərəfindən Rusiya üzərinə qoyulan sanksiyalar fonunda Ermənistanın beynəlxalq səviyyədə qaçaqmalçılıq fəaliyyəti dəfələrlə genişlənib. Rusiyanın sanksiyalardan yayınmasına xidmət edən bu fəaliyyət Rusiyaya satışı qadağan olunmuş malların dünyanın müxtəlif bölgələrindən, o cümlədən Qərb ölkələrindən Ermənistana idxalını və həmin malların dərhal Rusiyaya ixracını, yəni “re-eksport”unu özündə ehtiva edir. Bu əslində qeyri-qanuni fəaliyyətdir, amma Ermənistan olduqca çətin iqtisadi durumdan çıxmaq üçün özəl sektorun bu fəaliyyətini stimullaşdırır.”- deyə Cavanşir Feyziyev bildirib.

Deputat həmçinin bildirib ki, Qərb Rusiyaya qarşı sanksiyalara əməl olunmamasına görə bütün dünyanı ikincili sanksiyalarla hədələdiyi halda Ermənistanın bu qeyri-qanuni fəaliyyətinə göz yumur.

“Odur ki, Ermənistan mümkün olan bütün mənbələrdən ölkəyə vəsait cəlb olunmasında , o cümlədən Fransadan kredit alınmasında maraqlıdır. Fransadan alınan kredit həm də Fransanın Ermənistana tədarük etdiyi hərbi texnika ilə də bağlı ola bilər. Credit vəsaitləri hesabına alınan silah- sursat daha sonra qeyri-qanuni qaçaqmalçılıq yolu ilə Rusiya ilə dəfələrlə artan ticarətdən əldə edilən gəlirin hesabına bağlana bilər. Bütün bunlar qısa müddətdə Ermənistan iqtisadiyyatının sağlamlaşdırılmasına gətirib çıxara bilməyəcək. “…Ermənistanın sabit və davamlı inkişaf yoluna qədəm qoyması böyük dərəcədə Türkiyə və Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılışından və Ermənistanın bu ölkələrlə iqtisadi- ticari münasibətlərin bərpa olunmasından asılıdır. Bunun üçünsə Azərbaycanla Sülh Müqaviləsinin imzalanması və Türkiyə və Azərbaycanla sərhədlərin açılması Ermənistan üçün hava və su kimi zəruridir”.- deyə Cavanşir Feyziyev əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90