Ermənistanda Konstitusiyanın dəyişdirilməsi və bu sənəddən Azərbaycana qarşı ərazi iddialarının götürülməsi mövzusu ölkədəki radikal millətçi və rusiyapərəst qüvvələri ciddi narahat edir. Onlar Paşinyan hökumətini Azərbaycanın tələbləri əsasında hərəkət etməkdə günahlandırırlar.
Ulusal.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu, deputat Levon Koçaryan öz sosial şəbəkə səhifəsində Ermənistanın Bakıdan idarə edildiyini yazıb: “Təəssüf ki, ölkəmiz faktiki olaraq Bakıdan idarə olunur”.
Müxalif “Ermənistan” fraksiyasının deputatı olan Koçaryan Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında ritorika oxşarlığına toxunub və qeyd edib ki, hər iki tərəf eyni tezislərlə çıxış edir.