image-rt-reklam
image-1backend

“Ermənistan Azərbaycanla sülh danışıqları aparır, Türkiyə ilə barışmaq istəyir” – DEPUTAT

image-728x90

“Avropa Parlamentinin martın 13-də qəbul etdiyi növbəti qətnamə birtərəfli qərəzli, olmaqla yanaşı, Cənubi Qafqaz regionunda gərginliyin saxlanılmasına xidmət edir”.

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Avropa Parlamentinin martın 13-də qəbul etdiyi növbəti qətnamə bizim üçün yeni deyil:

“2020-ci il noyabr ayından sonra Fransa başda olmaqla, qərbin bəzi imperialist dairələrinin, erməni diaspor və lobbi təşkilatlarının xeyir-duası ilə Azərbaycana qarşı apardıqları informasiya müharibəsinin, siyasi təzyiqlərinin tərkib hissəsidi. Həmin dairələrin regionda öz siyasi, iqtisadi maraqları var və onlar da tarixən olduğu kimi, Ermənistandan alət olaraq istifadə edirlər. Fikir verin, qətnamənin motivi Avropa İttifaqı ilə Ermənistanın yaxınlaşmasından gedir. Farslar demiş, bəs nəyə görə sülhə mane olursunuz, düşmənçiliyi davam etdirirsiniz?! Hesab edirəm ki, burada Ermənistan dövləti öz sözünü deməlidi. Bu gün Ermənistan Azərbaycanla sülh danışıqları aparır, Türkiyə ilə barışmaq istəyir. Amma digər tərəfdən də informasiya müharibəsi aparır. Belə sülh istəmək olmur. Sülh istəyirsənsə, barışdırıcı addımlar atmalısan. Fransanın, Avropa Parlamentinin və yaxud digər beynəlxalq təşkilatların oyunlarında iştirak etməməlisən”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90