Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasında delimitasiya komissiyasının Azərbaycanla birgə işi haqqında reqlamentə (əsasnamə) baxacaq.
Ulusal.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Sənəd delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.
Qeyd olunur ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında saziş imzalandıqdan sonra iki ölkə arasında prosedur məsələlərini tənzimləyir.