image-rt-reklam
image-1backend

Ermənistan Azərbaycanın tələbələrini yerinə yetirsə, sülh müqaviləsi yaxın zamanda bağlanacaq – Politoloq

image-728x90

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə həftə əvvəl verdikləri açıqlamalarda sülh sazişinin mətninin   hazır olduğunu bildiriblər. Bu, onu göstərir ki, tərəflər uzun müzakirələr və dialoqlardan sonra razılaşdırılmış mətni ilkin mərhələdə təsdiqləməyə hazırdırlar. Paraflama – sənədin imzalanması öncəsi razılaşdırıldığını rəsmi şəkildə bəyan etməkdir. Beləliklə, artıq ortada yekun saziş var və yerdə qalan əsas məsələ onun harada və nə vaxt paraflanacağıdır.

Bu mərhələdə sülh prosesinə kimin ev sahibliyi edəcəyi ətrafında müzakirələr başlayıb. Vaxtilə bu məsələdə aktiv vasitəçilər sayılan Rusiya və Fransa indi bu rola uyğun sayılmırlar. Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Rusiya və Fransa kimi ölkələrin vasitəçilik missiyasına inanmaq mümkün deyil.

“Rusiya əvvəllər Cənubi Qafqazda əsas oyunçulardan biri sayılırdı. Lakin Ukraynaya qarşı müharibəyə başlayandan sonra bu ölkənin beynəlxalq nüfuzu xeyli azalıb.  Ölkəmiz  Rusiyanın artıq obyektiv vasitəçi olmadığını açıq şəkildə bəyan edib. Fransa isə Ermənistanla açıq tərəfdaşlıq münasibətləri qurduğu üçün o ədalətli   vasitəçi ola bilməz. Fransanın Ermənistanı silahla təmin etməsi, diplomatik bəyanatlarında Bakını ittiham etməsi və separatçılara simpatiya göstərməsi yaddaşımızdan silinməyib. Bu səbəblə, iki ölkə – Rusiya və Fransa – hazırda neytral vasitəçi kimi çıxış etmək imkanlarını faktiki olaraq itiriblər. Belə bir vəziyyətdə ABŞ ortaya çıxır. Vaşinqton son illərdə bu məsələdə daha fəal rol oynamağa başlayıb. 2025-ci il iyulun 18-də ABŞ Prezidenti Donald Tramp respublikaçı senatorlarla görüşdə bu məsələyə toxunaraq belə deyib: “Ermənistan, Azərbaycan – biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq.” Trampın bu sözləri onun bu prosesdə mühüm rol oynadığını göstərmək cəhdi kimi qiymətləndirilə bilər.” -deyə Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edir ki, əslində isə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların əsas hissəsi birbaşa təmaslar və ya Brüssel formatında gerçəkləşib.

“Yəni tərəflərin əldə etdikləri razılaşmalar ABŞ-ın təşəbbüsü ilə deyil, onların öz siyasi iradəsi və birbaşa diplomatik əlaqələri nəticəsində baş verib. Buna baxmayaraq, nə Bakı, nə də İrəvan Trampın bu bəyanatını açıq şəkildə təkzib etmədi. Görünür, hər iki tərəf ABŞ ilə münasibətləri pozmaq istəmir və prosesi pozmamaq üçün ehtiyatlı davranır. Bununla belə, Azərbaycan üçün yalnız məkana qərar verilməsi yetərli deyil. Ölkəmizin  əsas tələbi var: Ermənistan Konstitusiyasının dəyişdirilməsi: Hazırkı Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar mövcuddur. Bakı hesab edir ki, Ermənistan bu sənəddə dəyişiklik etmədən sülh sazişinin imzalanması real nəticə verməyəcək.”-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90