image-rt-reklam
image-1backend

Ermənistan Azərbaycana təşəkkür edib

image-728x90

Ermənistan hökuməti Azərbaycan tərəfinin səylərini yüksək qiymətləndirib ki, bunun sayəsində Rusiyadan Ermənistana buğda daşıyan qatar artıq Azərbaycan ərazisindən keçir.

Ulusal.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”ə bildirib.

O qeyd edib ki, yaxın zamanda buğda daşıyan qatar Ermənistana çatacaq.

“Bu dəqiqə Rusiyadan Ermənistana taxıl aparan qatar artıq Azərbaycan ərazisindən Gürcüstana doğru keçir. Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana gələcək. Azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından bu hadisə böyük əhəmiyyət kəsb edir. ”, – Qriqoryan qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90