image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ermənistan anlayır ki, Azərbaycanla diktə ilə danışmaq olmaz” – Arzuman Muradlı

image-728x90

“Ermənilər artıq reallığa alışırlar. Rəsmi İrəvan, həm də Qarabağda olan separatçılar anlayır ki, Azərbaycanla diktə ilə danışmaq olmaz” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsini müsbət qiymətləndirmək olar.

“Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndinə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək. Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90