“Qərbdəki və ABŞ-dakı erməni lobbilərinin apardığı siyasət iflasa uğrayır. Artıq istər Qərb, istərsə də ABŞ anlayır ki, ermənilərin saxta ittihamları ilə onları aldatmaq istəyir” – Ulusal.az-a bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, ermənilər bu yalanları ilə Qarabağa BMT missiyası gətirmək istəyirdilər.
” Lakin bu dəfə də onların yalanları ifşa edildi. Elə Qərbdə Qarabağga daxil olmaqda maraqlı idi. Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir. Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı.
BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir. Bəyanatda qeyd olunur ki, “missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”. “-deyə Arzuman Muradlı bildirib.























