image-rt-reklam
image-de471384-4be3-4b36-bad9-53b0794f4639_450backend

“Ermənilərin şousu iflasa uğradı” – Arzuman Muradlı

image-728x90

“Ermənilərin şousu iflasa uğradı. Ermənistan guya Qarabağda erməni əhalisinin blokadada olduğunu iddia edərək BMT Təhlükəsilik Şurasına müraciət etmişdi. Neçə ay idi nə qədər enerji sərf etmişdilər, elə məşhur nəşr, elə mətbuat, elə siyasətçi, beynəlxalq inistitut qalmamışdı ki, Azərbaycana qarşı psixoloji təzyiq kampaniyasına cəlb olunmasın.” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, ermənilərin qurduğu bütün planlar, gözlədikləri ümidlər puç oldu.

“Ermənistanın Qarabağda “120 min erməni acdır” şousu çilik-çilik oldu. Onlar bu şounu Qarabağdan silahlı separatçıları çıxartmamaq üçün edirlər. Azərbaycan beynəlxalq arenada daha bir qələbə qazandı. İndi silahlı erməniləri Qarabağdan təmizləmək üçün anti-terror əməliyatına başlamağın zamanıdır”-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90