image-2000x150
image-22backend

“Ermənilərin son ümidi də puç oldu” -Arzuman Muradlı

image-728x90

“Son 30 ilin tarixi sübut etdi ki, Cənubi Qafqaz regionuna fəlakətlər gətirmiş erməni ideologiyası XX əsrdə dağıdıcı və fəlakətli Dünya müharibəsinə səbəb olmuş faşist şüurundan fərqlənmir. Həmçinin onların təbliğat və təşviqat üsulları da çox oxşardır. SSRİ kimi ideoloji plüralizmə yer olmayan bir dövlətdə qadağalara və məhdudiyyətlərə baxmayaraq, belə neonasist ekstremist təmayüllü ideologiyanın çiçəklənməsi bu siyasətin mərkəzi hakimiyyətin məqsədli strategiyası olmasına dəlalət edirdi.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Arzuman Muradlı bildirib ki, dövlətimizin başçısının Vətən müharibəsi ərəfəsində daxili və xarici mediada səsləndirdiyi bütün bəyanatları Azərbaycanın ərazilərini işğaldan azad edəcəyi və Konstitusiya şərtlərinin ölkənin bütün ərazilərində bərpa olunacağına dair qətiyyətli və ardıcıl mesajlardan ibarət idi.

“Bu xalqını sevən qətiyyətli Prezidentin sərt və barışmaz mövqeyi idi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalanarkən Ermənistan və havadarları Laçın dəhlizi ilə bağlı fərqli fikirlər səsləndirirdilər. Buna baxmayaraq, Prezident İlham Əliyevin təklifi ilə dəhlizin 5 kilometr müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar məhz üçtərəfli Bəyanatda əksini tapmışdı. Qarşı tərəfin mövqeyi isə dəhlizin 20 kilometr enində olması kimi absurd təkliflərdən ibarət idi. Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini yaratmasa idi, qarşı tərəfin son 2 il 5 ay ərzində atdığı təxribatçı addımları bölgədə və ümumilikdə Cənubi Qafqazda təhlükəsizliyin təminatında ciddi problemlər yarada bilərdi. Azərbaycan üzərinə götürdüyü öhdəliyə əsasən, tikintisi üç ilə nəzərdə tutulan yeni yolu il yarıma yekunlaşdıraraq tez bir zamanda istifadəyə verdi. Ermənistan isə 7 kilometrlik yolun tikintisini süni şəkildə ləngitdi. 2022-ci ilin avqustunda isə təxribatlara əl atdı. Buna baxmayaraq, Ermənistan 2022-ci ilin sentyabrında Laçının mərkəzinin qansız və heç bir qurban olmadan Azərbaycanın nəzarətinə keçməsi prosesinə mane ola bilmədi. Ötən ilin sentyabrın 21-də Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Azərbaycanın Laçının mərkəzinə nəzarət etməsi ilə ermənilərin Qarabağa silah-sursat daşıması, hərbi kontingent formalaşdırmağa cəhd göstərməsi faktlarının daha çox ifşa etdilməsinə şərait yarandı. Ən əsası isə Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana çıxarılması faktlarla sübut olundu. Bu faktın ifşasından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri, xüsusilə ekofəallar Laçın-Xankəndi yolunda etiraz aksiyasına başladılar ki, bu da ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkdi. Paralel olaraq, Azərbaycana qarşı qlobal səviyyədə dezinformasiya və manipulyasiya dalğası start götürdü. Ölkəmizə qarşı təhrif olunmuş məlumatlar üzərindən “qara piar” kampaniya təşkil edildi, ölkə daxilində həssas sahələrə xüsusi diqqət ayırmaqla təzyiq alətləri formalaşdırıldı. Xarici mediada bir neçə həftə ərzində “Xankəndində blokada realiti-şousu” adı ilə Azərbaycanın Qarabağda guya etnik təmizləmə siyasəti həyata keçirməsi kimi absurd təbliğat kampaniyaları aparıldı. Lakin heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi. Bu gün Laçında qurulan sərhəd keçid məntəqəsi Azərbaycan diplomatiyasının və ölkə başçısının yorulmaz fəaliyyətinin nəticəsidir. Belə demək mümkündürsə ermənilərin son ümidi də puç oldu.  Laçında sərhəd buraxılış məntəqəsinin qurulması Azərbaycan Prezidentinin istər 44 günlük Vətən müharibəsi günlərində, istərsə də üçtərəfli Bəyanatın imzalanmasından keçən 2 il 5 ay ərzində daxili və xarici platformalarda səsləndirdiyi dövlətin ərazi bütövlüyünün tam bərpa edəcəyi ilə bağlı verdiyi mesajların əməldə sübutu idi.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90