image-2000x150
image-11backend

Ermənilərin müharibə arzusu: Azərbaycanın cavabı necə olacaq?

image-728x90

Son günlər erməni mediası müharibə anonsunun sayını artırmağa başlayıb. Yeni müharibəyə başlayacaqları ilə Azərbaycanı guya təhdid edən erməni separatçıları və siyasətçiləri nə demək istədikləri açıqlaya bilmirlər.

Əslində ermənilər yeni müharibəyə başlamaq yox, bu sözlərlə və açıqlamalarla Azərbaycanı yeni müharibəyə təhrik edirlər.

Son 3 gündür ki, davamlı olaraq ermənilər təxribat törədir , Azərbaycan mövqelərinə atəş açırlar. Ermənistan ordusu hətta bu təxribatlar zamanı PUA-lardan və ağır artilleriyadan istifadə edir. Azərbaycan tərəfi isə hələki hadisələri səbrlə izləyir və lazım olanda ermənilərin atəş mövqelərinə öldürücü zərbə endirməklə onları sakitləşdirir.

Erməni ordusunun təxribatlarının miqyası isə böyüyür və onlar artıq Naxşıvandakı mövqelərimizi də atəşə tuturlar. Artıq rəsmi Bakı bir neçə dəfə öz xəbərdarlığını edib. Bizim səbrimiz də hüdudsüz deyil.

Əgər bu təxribatlar davam etsə Azərbaycan ordusu düşmənin atəş nöqtələrini bir anda sıradan çıxardacaq. Ermənistanla sərhəddə delimitasiya və demarkasiya işləri sona çatdırlmayıb və erməni tərəfi bundan yayınır. Bu gün Eremənistan ordusu bizim mövqelərimizi atəşə tutduqları mövqelər Azərbaycan torpaqlarıdır. Qıza zamanda Ermənistan delimitasiya və demarkasiya işlərinə başlamasa Azərbaycan ordusu öz tarixi torpaqlarını güc yolu ilə əldə edəcək.

O , zaman Ermənistan ordusu Qazaxda, Naxçıvanda, həmçinin Kəlbəcər ərazisində nəzarətlərində saxladıqları Azərbaycan torpaqlarından bir anda qovulub çıxarılacaqlar.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90