image-2000x150
image-11backend

“Ermənilərin bütün ümidləri puç oldu” – Arzuman Muradlı

image-728x90

“Ermənilərin son ümidlərindən biri də puç oldu. Azərbaycan Fransanın təxribatının qarşısını qətiyyətlə aldı”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, rəsmi Paris Azərbaycana qarşı təxribat törətmək istəsə də, arzuları çin olmadı.

“Fransa Avropanın iki aparıcı dövlətindən biri olduğundan bu ölkənin prezidenti hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təzyiq siyasəti nəticə verəcək. Fransa prezidenti Emmanuel Makronun Bakıya  zəngi də bununla bağlıdır. Makronun dövlət başçısı İlham Əliyevlə fikir mübadiləsinin içi barədə məlumat verilməsə də, söhbətin əsas hissəsinin Laçın yolu ilə bağlı olduğunu güman etmək olar. Amma Azərbaycan geri çəkilmədi və yolu açmadı. Bu isə Fransaya böyük ümid bəsləyən ermənilərin son ümidlərinin də puç olması deməkdir.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90