image-rt-reklam
image-1backend

Ermənilərin AZTV-yə baxmasının qarşısı alınmalıdır -Arman Tatoyan

image-728x90

“Bir neçə gün öncə Azərbaycan Dövlət Televiziyasının (AZTV) Qərbi Azərbaycanla bağlı hazırladığı veriliş  erməniləri parçalaya bilər.”  Ulusal.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan bildirib.

Tatoyan hesab edir ki, Azərbaycan Dövlət Televiziyasının Qərbi Azərbaycanla bağlı hazırladığı veriliş tezliklə Azərbaycanın istəklərini həyata keçirmək üçün hazırlığa başladığını göstərir.

“Azərbaycan Dövlət Televiziyası növbəti verilişini Qərbi Azərbaycanın  qədim zamanlardan oğuz-türk tayfalarının vətəni olan Əştərək şəhərinə həsr edib. Üstəlik, Əştərəklə yanaşı, həmin ərazidə yerləşən  V əsrə aid türk-alban abidələri olduğunu faktlarla sübut edir. Sözsüz bu faktlar erməni cəmiyyətinin ayılmasına və torpağın əsl sahibinin kim olmasına aydınlıq gətirir. Bu erməni cəmiyyətində qorxu hissini daha da artırır. Ən dəhşətlisi odur ki, indi Qərbi Azərbaycanda, Ermənistanın bir çox bölgəsində ermənilər Azərbaycan Dövlət Televiziyasını izləyir. Bunun hansı fəsadlar verəcəyini hökumət bilirmi? Ermənilər indi AZTV-nin dediklərinə inanır. Bunun qarşısı alınmasa biz çox dəhşətli çətinliklə üz-üzə qalacayıq. Məhz bunun nəticəsidir ki, ermənilər bu əraziləri tərk edirlər. Bu azərbaycanın apardığı təbliğatın nəticəsidir”-deyə Tatoyan bildirib.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90