image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ermənilərin Azərbaycan Bayrağı altına yaşamaqdan başqa yolu yoxdur” – Arzuman Muradlı

image-728x90
“Ermənistan-Azərbaycan sərhədində, Laçın koridorunun başlanğıcında şəffaflığın təmin olunması, bundan qabaq üç yolun nəzarətə götürülməsi heç də bu günün qərarı deyil” –Ulusal.az-a bu açıqlamanı politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, ermənilər bu günkü siyasi reallıqla barışmağa məcburdur.
“Bu, 44 günlük müharibə sonrası mərhələli şəkildə icra edilən prosesin növbəti mərhələsidir. Hesab edirəm, bundan sonra da digər təcili həllini gözləyən proseslər var ki, onlar həll ediləcək. Xankəndi daxil olmaqla, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın konstitusion şərtləri təmin edilməlidir. Ermənilər bu gün Qarabağda qalacaqlarsa, Azərbaycan Bayrağı altına yaşamağı qəbul etməlidirlər. Reallığa baxdıqda ermənilərin Azərbaycan Bayrağı altına yaşamaqdan başqa yolu yoxdur. Bu baş verəcəyi təqdirdə isə proseslərin yeni mərhələsi başlayacaq”.-deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90