image-rt-reklam
image-xankendi-aze-900x447backend

“Ermənilərin arzularını Azərbaycan əsgəri 24 saata məhv etdi” -Arzuman Muradlı

image-728x90

” Qarabağda 32 ildən artıq mövcud olmuş qondarma, cinayətkar rejim özünü buraxdı. Bu Azərbaycanın apardığı düzgün siyasətin nəticəsində baş verdi. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan bu möhtəşəm hadisə 19 sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin 24 saat ərzində gerçəkləşdirdiyi əməliyyatın məntiqi nəticəsidir. Bir sutkadan az vaxtda qanunsuz silahlı dəstələr, ardınca qondarma dövlət strukturları çökdürüldü.”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq bildirib ki, Azərbaycan əsgəri öz missiyasını 24 saata başa çatdırdı.

” Cəmi 24 saata Azərbaycan əsgəri erməni ordusunu diz çökdürməyi bacardı. Artıq Azərbaycanın dövlət bayrağının Xankəndinin mərkəzində dalğalanmaq vaxtıdır. Dünən səhər sosial mediada yayılan videolarda Azərbaycan polisinin şəhərdə olduğu görünürdü. Ehtimal ki, Türk dünyasının səbirziliklə gözlədiyi o möhtəşəm mərasimə hazırlıq gedir.

– Qanunsuz dəstələr məhv edildi və təslim oldular, silah-sürsatları təhvil alınır;

– Cinayətkar rejimin rəhbərlərindəın biri, ideoloqu, sponsoru milyarder Ruben Vardanyan həbs edilərək Bakıya gətirildi.Digərlərinin də həbs olunacağı qaçılmazdır;

– Qarabağda Azərbaycanın dövlət strukturlarının formalaşdırılmasına start verildi, Prezidentin sərəncamı ilə yerli əhalinin sosial-iqtisadi problemlərinin həlli, təhlükəsizliyinin təmin olunması ilə bağlı İşçi qrupu yaradıldı.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90