image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ermənilərə şans vermək olmaz” – Arzuman Muradlı

image-728x90

“Qarabağdakı ermənilər özlərini “tərəf” kimi təqdim etməyə, bununla da siyasi dividentlər qazanmağa çalışırlar. Bu, onların istəyi, Rusiya və Ermənistanın isə siyasətinin tərkib hissəsidir. Azərbaycan isə bu məsələdə heç bir halda güzəştə getməməlidir! Oradakı ermənilərin digər vətəndaşlarımızdan fərqli statusuna imkan vermək olmaz! Onların son təşəbbüsünün Rusiya tərəfindən hazırlandığı da şübhə doğurmamalıdır. Azərbaycan bu planı pozmaq üçün adekvat addımlar atmalı, ermənilərin istənilən cəhdini rədd etməlidir”. – Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı qeyd edib ki, diqtə edən tərəf Azərbaycandır, onun təklifləri də əks tərəfdən birmənalı şəkildə qəbul edilməlidir.

“Ümumiyyətlə, Qarabağ erməniləri ilə hər hansı dialoqun tərəfdarı deyiləm. Onlar dialoq təşəbbüsünü düzgün başa düşmür, ayaqları yer alır. Azərbaycan münasibətlərin nizama salınması, Qarabağ ermənilərinin yeni şəraitə uyğunlaşdırılması, reinteqrasiya təklifləri ilə bağlı onları məlumatlandırmalı, sonra da həmin təkliflərə uyğun addımlarını atmalıdır. Burada söhbət çoxunun cinayətlərdə iştirak etdiyi bir toplumla nəyisə müzakirə etməkdən deyil, məhz görüləcək tədbirlərlə bağlı məlumatlandırmadan gedə bilər. Ermənilərin təklif vermək “hüququ”nu tanımağa ehtiyac yoxdur. Üstəlik, onların bu gün verdikləri təklif əslində reinteqrasiya, regionda sülh proseslərinin pozulmasına yönəlib. Özləri də bilirlər ki, Azərbaycan onlarla “rus çətiri” altında dialoqa getməyəcək. Nəticəsi əvvəlcədən bilinən təklifin verilməsi elə pozuculuq deməkdir”. -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90