image-rt-reklam
image-zenbackend

Ermənilər şokda:Bakı İrəvandan bunu tələb edir

image-728x90

“İlham Əliyev Brüsselə ona görə getmədi ki, Qaranadada olduğu kimi bu görüş eyni məntiqə aid deyildi”. Ulusal.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Haystan” fraksiyasının xarici əlaqələr komitəsinin sədr müavini müavini Armen Rüstəmyan deyib.

Onun sözlərinə görə, Əliyev Qərbdən Qarabağla nə almaq lazım idisə, onu aldı. “İndi də Zəngəzuru almağa çalışır və Qərbdən də bunu tələb edir. Lakin Qərb platformalarında bunu qəbul etmirlər. Bu mənada Əliyevin Brüsseldə heç nə qazanacağı yoxdur, ona görə də getmədi”.

Rüstəmyanın fikrincə, Əliyev istədiyini əldə etmək üçün noyabrın 9-da elan edilən bəyanatdan başqa, əvvəlki üçtərəfli razılaşmalara arxalanacaq. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti 5 tələbi ilə sülh müqaviləsini imzalamağa çalışır. “Onun tələblərinin 5 istiqaməti var: Azərbaycanın istəyi ilə delimitasiya və demarkasiya, bura Ermənistanın 29800 kvadrat kilometr ərazisi daxil deyil. Yeri gəlmişkən, rəsmi Bakı heç vaxt Ermənistan ərazisini tanıdığını deməyib. Anklavlar deyilən bir məsələ də var. Onun vasitəsilə Azərbaycan bizim strateji yollarımıza nəzarəti ələ keçirəcək, reparasiya məsələsini qaldıracaq. Çünki Ermənistan Qarabağı Azərbaycanın ərazisi hesab etdiyini bəyan edib. Əliyev təcavüzkar Ermənistanın həmin əraziləri işğal etdiyini açıqlayacaq. Bu gün onlar təzminatı 100 milyard dollar civarında qiymətləndirirlər. Bu, əlbəttə ki, yekun rəqəm deyil. Bütün bunlarla yanaşı, qaçqınların Ermənistana qayıtması məsələsi də gündəmə gələcək və bu, Ermənistan üçün ciddi demoqrafik problemlər deməkdir. Əliyev Ermənistanın 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinin yenidən geri qaytarılmasını tələb edəcək. Ermənistanda azərbaycanlıların yaşamadığı yer demək olar ki, yoxdur. Nəhayət, Ermənistanın tələb etdiyi, Əliyevin fikrincə, dövlətlərarası yol statusuna malik olmayan, erməni tərəfinin təklif etdiyi yolu açılmasını tələb edəcək”.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90