image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ermənilər razı olmasalar  Azərbaycan ordusu Xankəndiyə gedəcək” -Arzuman Muradlı

image-728x90

“Qarabağda yaşayan ermənilərin təmsilçiləri Azərbaycan dövlətinin “Bakıya gəlin” çağırışına müsbət cavab verməyə məcbur olacaqlar… Azərbaycan ordusu yeni Laçın yolu ətrafındakı bütün strateji yüksəklikləri və torpaq yolları nəzarətə götürdüyündən, indi erməni separatçı-terrorçuların alacağı “nəfəsin miqdarı” da rəsmi Bakıdan asılıdır…” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, Ermənistanın Azərbaycanın geopolitik iradəsinə müqavimət göstərmək cəhdləri isə bir-birinin ardınca iflasa uğrayır.

“Üçtərəfli anlaşmaların imzalanmasından sonra rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni sakinlərdən rəsmi Bakıya təzyiq və “bazarlıq” faktoru kimi yararlanmağa çalışırdı. Ancaq rəsmi Bakı dərhal “Bu, Azərbaycanın daxili işidir” bəyanatı ilə Ermənistanı və onun beynəlxalq himayədarlarını oyundankənar vəziyyətə salmağa nail oldu. İndi rəsmi İrəvan üçün Azərbaycan ərazilərində son günlərini yaşayan erməni separatizmi və terrorzimi artıq itirilməkdə olan manevr faktorudur. Çünki rəsmi İrəvan bütün israrlı cəhdlərinə baxmayaraq, “Dağlıq Qarabağ mövzusu”nu beynəlxalq arenaya çıxartmağa nail ola bilmədi. Əksinə, beynəlxalq reaksiyalar daha çox rəsmi Bakının “Bu, Azərbaycanın daxili işidir” prinsipi üzərində indeksləşib.Yaxın vaxtlarda Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuların taleyi qısa müddətdə, həm də birdəfəlik həll oluna bilər. İndi onların ən yaxşı halda, yalnız iki seçim variantı mövcuddur. İndi onlar ya silahlarını təhvil verib, təslim olmalıdırlar. Ya da Azərbaycan ordusunun müşayiəti altında bölgəni könüllü şəkildə tərk etməlidirlər, Ermənistana qayıtmalıdırlar.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90