image-rt-reklam
image-antiterrorbackend

“Ermənilər qorxu içindədirlər”- Arzuman Muradlı

image-728x90

“Erməni cameəsi qorxu içərisindədir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya prezidenti Vladimir Putinə zənginin təfərüüatları açıqlananda da aydın bilmək olurdu.  Kremldən yayılan açıqlamada, telefon danışığının Nikol Paşinyanın təşəbbüsüylə gerçəkləşdiyi bildirilib. Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır. Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən qorxur.” –Ulusal.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, ermənilər öz xislətlərindən əl çəkməyiblər.

“Paşinyanın  Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur. Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər. Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir. Reallıq onu deməyə əsas verir ki, erməni cəmiyyəti hər an anti-terror əməliyyatının başlayacağından qorxur”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90