image-rt-reklam
image-afbbd72e-5a4a-4d91-bbf7-3533716b0ff3backend

“Ermənilər Qərb ölkələrinə axın edəcək” – “Ermənistan erməniləri də bu köçdən istifadə edəcək”

image-728x90

“Qərbdəki kriminal erməni qrupları Qarabağdakı köçdən varlanmağa çalışacaq”

Yaxın zamanlarda təkcə Qarabağ ermənilərinin yox, özünə müxətlif yollarla “qaçqın” sənədi düzəldən Ermənistan ermənilərinin də Qərb ölkərinə böyük axını gözləniləndir.

Bu sözləri müsahibəsində ABŞ-da yaşayan azərbaycanlı politoloq Zaur Bayramlı bildirib.

Onun sözlərinə görə, gözlənilən axının miqyası Qarabağ ərazini tərk edən ermənilərin sayından qat-qat artıq ola bilər: “Təbii ki, yaşlıların böyük hissəsi Ermənistanda qalacaq və yaxud da, Azərbaycanın şərtlərini qəbul edib ölkəmizdə yaşamaq istəyəcək. Amma düşünürəm ki, gənclər və orta yaşlılar xarici ölkələrə, xüsusən də, Qərb ölkələrinə üz tutmaq üçün müxtəlif yollar axtaracaqlar. Bu, bəziləri üçün fürsət də sayıla bilər. Hətta düşünürəm ki, Ermənistandan “Qarabağ ermənisi” adı altında mühacirət edənlərin sayı Qarabağ ərazilərini tərk edən ermənilərinin real sayından qat-qat artıq olacaq. Çünki Ermənistanda iqtisadi vəziyyət o qədər yaxşı deyil və digər tərəfdən siyasi stabillik də yoxdur. Siyasi stabillik olmayan yerdə sosial-iqtisadi həyat da risk altında olur. Bu baxımdan, yaxın aylarda külli miqdarda Ermənistan vətəndaşının “məcburi köçkün” adı ilə Qərb ölkələrinə axın edəcəyi şübhə doğurmur”, – deyə politoloq vurğulayıb.

O qeyd edib ki, artıq Amerikadakı erməni diasporu da bu istiqamətdə fəallaşıb və federal dövlətin “ermənilərə qucaq açması” üçün qızğın təbliğata başlayıblar.

“Bildiyimiz kimi, Avropa və ABŞ-dakı erməni diasporunun içində kriminal qruplar xüsusi yer tuturlar. Onlar da öz “sosial baza”larını gücləndirmək, həm də insan alveri, narkotik ticarəti, qul əməyi və digər qanunsuz əməllərini daha da genişləndirmək üçün yeni imkanlar əldə etmiş olacaqlar. Təbii ki, bu köçdən varlanmaq istəyən az olmayacaq. Eləcə də, ermənipərəst siyasətçilər, lobbist qruplar bu biznesdən paylarını götürməyə çalışacaq”, – deyə Z.Bayramlı bildirib.

Politoloq həmçinin ABŞ-dakı Azərbaycan diasporunun fəaliyyətindən də söz açıb: “Son illərdə ABŞ-dakı Azərbaycan diasporu da xeyli fəallaşıb. Bəzi məsələlərdə erməni təbliğatçılarının qarşısını almağı bacarırıq. Xüsusən də, 44 günlük müharibə dövründə və Azərbaycanın anti-terror tədbirləri zamanı diasporçularımız çox fəal oldu. Bizim burada digər icmalarla, xüsusilə də, Türkiyə və yəhudi diasporu ilə münasibətlərimiz çox yaxşıdır. Həmçinin, Azərbaycanın ABŞ-dakı Səfirliyi ilə sıx münasibətdə olur, önəmli tədbirlərdə dövlətimizə və xalqımıza dəstəyimizi göstərə bilirik. Hazırda əsas vəzifəmiz ABŞ vətəndaşlarına həqiqətləri çatdırmaq, Azərbaycanın heç də kimisə evindən qovmadığını başa salmaqdır. Düşünürəm ki, artıq Amerika cəmiyyətində də insanlar tədricən həqiqətləri öyrənir və “feyk” məlumatlara, saxta ittihamlara o qədər də məhəl qoymurlar”.AzPolitika.info

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90