image-rt-reklam
image-downloadbackend

Ermənilər Qarabağdan qaçmağa hazırlaşır

image-728x90

11 yanvar tarixindən etibarən Qarabağda yaşayanlar üçün bütün bankomat və POS-terminallarında eyni ödəniş kartı ilə nağd pulun çıxarılması limiti gündəlik 50.000 dram-a ( 215 manata) qədər azaldılıb.

Ulusal.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün facebook sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, bu fakt qondarma qurumda nağd pul dövriyyəsində ciddi problemlər olduğunu təsdiqləyir:

“Bəlkə də Qarabağdakı ermənilər bankomatlardan nəğd vəsaitləri kütləvi şəkildə çıxarmaqla ərazini tərk etməyə hazırlaşır. Qondarma qurum isə bunun qarşısını almaq üçün məhdudiyyətləri tətbiq etmək məcburiyyətində qalıb”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90