image-2000x150
image-qar-teesbackend

“Ermənilər Qarabağa terroçuları toplayır, bu anti-terror əməliyyatını qaçılmaz edir”- Arzuman Muradlı

image-728x90

“Ermənilərin şousunun arxasında ciddi təxribat oyunu var. Bunu onların son günlərə Qarabağa silah-sursat daşımasından aydın hiss etmək olarş. Son günlər Azərbaycanın dövlət sərhədində və Qarabağdakı erməni separatçılar tərəfindən Azərbaycana qarşı təxribatlar, hərbi hərəkətlilik müşahidə olunur.”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, bu gün Ermənistanın müraciəti əsasında BMT-də Qarabağ mövzusu müzakirə ediləcək.

“Böyük ehtimal ki, erməni tərəfi təxribata əl atacaq. Ermənilər bir tərəfdən dünya ictimaiyyətini Azərbaycana qarşı qoymağa çalışırlar, bir tərəfdən isə müharibə və təxribat hazırlıqlarını gücləndirirlər. Ermənilərin təxribat və müharibə hazırlıqları Azərbaycanın müvafiq strukturları tərəfindən qeydə alınır. Yəni ortada çoxsaylı sübutlar, faktlar var. Bölgədə Rusiya-İran-Qarabağdakı hərbi xunta işbirliyi açıq görünür. Bu işbirliyi Azərbaycana qarşı hibrid müharibə hazırlığındadır. Ermənilərə silah verilməsi, silah daşınmasına şərait yaradılmasından tutmuş, Qarabağa “Həşdi-şabi”, PKK, “Qüds briqadaları” adlı terror qruplarının terrorçularının yerləşdirilməsinə qədər qanunsuzluqlara, cinayətlərə əl atılıb. İndi isə prosesi faktiki olaraq hərbi qarşıdurmaya doğru daşıyırlar. Ermənilərin bu təxribatlarının qarşısını almaq üçün ölkəmiz anti-terror əməliyyatı keçirməlidir. Son hadisələr onu göstərir ki, anti-terror əməliyyatı qaçılmazdır”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90