“Qarabağdakı məscidləri mürdarlayıb, dağıtmağı , məscislərə donuz bağlamağl 30 il səssiz seyr edən , Xocalıda əsir götürülən müsəlman qadın , azyaşlı qız uşaqlarına təcavüz olunanda səsini çızarmayan , 44 günlük vətən müharibəsində müsəlmanları öldürəndə yaralanan erməni əsgərləri İranın dini liderinin dünya şiələrindən yığdığı xümslərin hesabına müalicə etdirən İranın parlamenti Azərbaycanı pisləyən , İslam dünyası və İslam Əməkdaşlıq Təşkilatına müraciət bəyanatı qəbul edib.” – Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva bildirib.
Politoloq əlavə edib ki, üstəlik ürəkləri soyumayan İranlı deputatlar Azərbaycana qarşı qərəzli bəyanat da veriblər .
“30 ildir susan İranın “islam aşiqi” olması olduqca gülüncdür. Məscidlər talan ediləndə dağıdılanda, məcsidlərdə, dini ibadət yerlərində ermənilər donuz saxlayanda İran niyə susurdu?” -deyə politoloq bildirib.




















