image-2000x150
image-333backend

Ermənilər itkilərini gizlədirlər: rəsmi qurumlar 1 ölü, 8 yaralı olduğunu deyirlər, amma…

image-728x90

May ayının 11-dən etibarən Ermənistan tərəfinin məqsədli şəkildə sərhəddə törətdiyi təxribatlar nəticəsində hər iki tərəfdən itkilər var. Ulusal.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı bəyanatında Ordumuzun iki hərbçisinin Şəhid olduğunu bildirib. Yaralı sayı isə 1 nəfər təşkil edir.

Ermənistan tərəfi isə ölənlərin sayını gizlətsə də, yaralılarının olduğunu açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, son toqquşmalarda 1 əsgərini itirib. 8 əsgəri isə yaralanıb. Nazirliyin açıqlamasına görə, yaralılardan biri artıq evə buraxılıb. Digər yeddisini isə durumu sabitdir.

Lakin erməni mənbələri rəsmi qurumların itkilərlə bağlı açıqlamasını real hesab etmirlər. Onlar bildirirlər ki, təkcə Zod istiqamətində gedən döyüşlər zamanı ən azı 10-12 erməni hərbçisi yaralanıb. Bunu da onunla əsaslandırırlar ki, Qeqarkunik və Vardenis xəstəxanalarına son iki gündə məhz bu sayda yaralı daxil olduğu barədə dəqiq məlumatları var. Kut, Dığ isatiqamətində isə yaralı sayının 8 nəfər olmasını mümkün hesab edirlər. Amma ölənlərə gəldikdə bunun 1 nəfər olmasını real qəbul etmirlər. Təkcə, Vardenis istiqamətində 3 hərbçilərinin öldüyünü bildiklərini qeyd ediblər.jamaz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90