image-2000x150
image-168233659816518501061520148971_1200x630backend

“Ermənilər İrəvanın mərkəzində bayraqlarımızı yandırmaqla cılızlıqlarını nümayiş etdirdilər” – DEPUTAT

image-728x90

“Ermənistanla sərhəddə, Həkəri çayının üzərində Dövlət sərhəd xidmətinin nəzarət-buraxılış postunun quraşdırılması tarixi hadisədir. Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Mən bu gözəl, əlamətdar gün münasibətilə xalqımızı təbrik edirəm”.

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat vurğulayıb ki, postun qoyulması, Ermənistandan Qarabağa və yaxud əks istiqamətdə daşınan qanunsuz yüklərin qarşısının alınması deməkdir:

“Eyni zamanda, separatçıların yenidən silahlanmasına, təşkilatlanmasına, Qarabağa aidiyyəti olmayan ermənilərin, üçüncü ölkə vətəndaşlarının Azərbaycan dövlətinin razılığı olmadan keçidinə imkan verilməyəcəkdir. Digər tərəfdən, hesab edirəm ki, sülh danışıqlarını sürətləndirəcək, Ermənistanı mövcud reallıqlarla barışmağa sövq edəcəkdir. Bu günlərdə cənab Prezident Azərbaycan televiziyasına verdiyi müsahibədə tam açıqlığı ilə, növbəti dəfə ermənilərə xəbərdarlığında, onların iki yolu olduğunu bildirdi. “Ya, Azərbaycan qanunlarına tabe olmaqla vətəndaşlığı qəbul edəcəksən, ya da ki, çıxıb gedəcəksən”. Üçüncü yol yoxdur.

Deputat vurğulayıb ki, demək olmaz, ki, Azərbaycanın bu addımı hamı tərəfindən razılıqla qarşılanır:

“Təbii, bir çox dairələrdən ölkəmizi qınayanlar olacaq. Ələlxüsus, ənənəvi ermənipərəst qüvvələr həmişə olduğu kimi, can-fəşanlıq edəcək, separatçılar, etnik təmizləmə, ağlaşması quracaqlar. Onlar, başa düşüləndi. Ancaq, özlərini müxalifət adlandıranların mövqeyini anlamaq çətindir. İstənilən təzyiqlərə, çağırışlara baxmayaraq, biz öz yolumuzdan çəkilən deyilik. Addım-addım tarixən itirilmiş ərazilərimizə sahib çıxırıq və beynəlxalq hüquq da bizim tərəfimizdədir. 30 illik işğal dövrü, uzun-uzadı aparılan mənasız danışıqlar göstərdi ki, güc olmayan yerdə beynəlxalq hüququn normaları işləmir. Həm güclüyük, həm də hüquq, ədalət bizim tərəfimizdədir.

Bir məsələni də qeyd etmək yerinə düşər. Hər il, aprel ayının 24-ü dünya erməniliyi saxta qenosidi qeyd edir. Türkiyə və Azərbaycan bayraqlarını yandırır, müxtəlif siyasi şoular, tamaşalar göstərir, ağlaşırlar. Dünən də, İrəvanın mərkəzində bayraqlarımızı yandırmaqla cılızlıqlarını nümayiş etdirdilər. Bu onların kültürüdür. Bizim cavabımız isə, bayrağımızın dövlət sərhəddində fəaliyyətə başlayan postun üzərində qaldırmağımız oldu, hər zaman belə olacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90