“Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqu davam etdirmək istəyir. Ancaq hələki bu danışıqlar prosesindən ermənilər qaçır. Səbəblər çoxdur. Amma əminəm ki, sonda Azərbaycanın istədiyi kimi olacaq.”- Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı səsləndirib.
Politoloq hesab edir ki, ermənilər danışıqlar prosesindən qaçmağa çalışsalar da, bu mümkünsüzdür.
” İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təmsilçiləri ilə Qarabağ erməniləri arasında bir neçə dəfə dialoq olub. Müzakirələr rusiyalı hərbçilərin vasitəçiliyi ilə Qarabağ ərazisində olub. Azərbaycan Prezident Administrasiyasi bir neçə dəfə açıqlama yayaraq müzakirəni davam etdirmək üçün Qarabağ ermənilərinə Bakıya gəlməyi təklif edib. Ermənilər təsir altında bu təkliflərdən imtina edirlər. Reallıq onu deməyə əsas verir ki, yaxın günlərdə Azərbaycan danışıqlar üçün daha bir təklif göndərəcək. Əgər ermənilər yenidən danışıqlar prosesindən qaçsalar və Qarabağdakı silahlı separatçılara güvənsələr bu onların sonu olacaq. Çünki artıq o zaman anti-terror əməliyyatı qaçılmaz olacaq. “- deyə Arzuman Muradlı bildirib.






















