image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ermənilər bütün dünya qarşısında bu rəzilliyə əl atdılar” -Arzuman Muradlı

image-728x90

“İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması daha bir erməni vandallığının və barbarlığının nümunəsidir”. -Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, erməni cəmiyyətində bayrağın yandırılmasının hansı fəsadlar törədəcəyini anlayanlar var.

“Elə bu gün Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı verdiyi açıqlama bunu bir daha sübut edir. Amma aydındır ki, onlar bu əməlləri ilə  erməni cəmiyyətinin Azərbaycana qarşı olan qısqanclıq və nifrət hisslərini boğa bilmədiklərini və əksinə artan ədavətin olduğunu bir daha göstərmiş oldular. Bütün dünyada idman yarışları siyasi proseslərin, ambisiyaların və manevrlərin mərkəzində olmadığı bir zamanda Ermənistan dövləti və cəmiyyəti bunun tam əksini sübut etdi”. -Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, idman hər zaman siyasətdən uzaq olub və olmalıdır:

“Buna ən bariz nüminə kimi ermənilərin dəfələrlə Bakıda keçirilən beynəlxalq səviyyəli yarışlarda iştirakını göstərmək olar. Ancaq ermənilər bütün dünya qarşısında bu rəzilliyə əl atdılar. Hadisənin canlı efir zamanı baş verməsi dünya idman ictimaiyyətinin qınağına çevrilməli və buna yüksək səviyyədə qiymət verilməlidir. Eyni zamanda ev sahibi kimi Ermənistana maliyyə sanksiyası tətbiq olunamlıdır. Bu istiqamətdə artıq Azərbaycan dövləti rəsmi müraciətləri edib.”- deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90