image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Ermənilər buna görə sülh müqaviləsi imzalamaqdan yayınırlar” – Arzuman Muradlı

image-728x90

“Ermənistan höküməti  sülh müqaviləsi imzalamaqdan müxtəlif vasitələrlə yayınırlar. Bunun əsas səbəblərindən biri rəsmi İrəvanın gələndə Rusiyadan asılılığıdır .”- Ulusal.az-a açıqlamasında bunu politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, “Qarabağ şərti” olmadan Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazır deyil.

“Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib, parlamentdə bununla bağlı çıxış edib, ancaq ortada yenə də sülh sazişi yoxdur. Çünki Nikol Paşinyan dediklərini etmir, sözü ilə əməli üst-üstə düşmür, müxtəlif dövlətlərin və güc mərkəzlərinin dəstəyinə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sənədə müqavimət göstərir. Ancaq Paşinyan onu da anlayır ki, İran, Rusiya və ya Fransa olsun, həmin güc mərkəzlərindən aldığı dəstək Azərbaycanı durdurmur, sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır. Azərbaycan sərhəddə istehkamlar qurur, strateji yüksəkliklərdə möhkəmlənir, təxribatlara adekvat cavab verir.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90