image-2000x150
image-1backend

Ermənilər Bakının bu planından qorxur: sülh müqaviləsi necə olacaq?

image-728x90

“Azərbaycan tələb edir ki, Ermənistan onun şərtlərini yerinə yetirsin və əraziləri təhvil versin, lakin Ermənistanın iddia etdiyi və istədiyi əraziləri vermək niyyətində deyil. Azərbaycan iki ölkə arasındakı sərhədin indiki məqamda “google” xəritələri, yaxud Bakının təqdim edəcəyi xətt üzrə çəkilməsini tələb edir. Ermənistanın istəklərini dinləyən yoxdur”.

Ulusal.az xəbər verir ki, bu barədə erməni şərhçi Avetis Babacanyan deyib.

Babacanyan iddia edir ki, ABŞ və Avropa İttifaqı tezliklə sülh sazişinin imzalanmasını istəyir, bu məqsədlə Azərbaycanla danışıqlar aparır.

“Ermənistandan nəsə soruşmağa ehtiyac yoxdur, çünki rəsmi İrəvan nəyin bahasına olursa olsun, sazişi imzalamağa hazırdır. Əliyev bu müqavilənin imzalanmasına qədər Ermənistan üzərində maksimum üstünlüyünü təmin etməyə çalışır. Bu, həm nəqliyyat, həm də digər infrastrukturlara nəzarət imkanı əldə etməklə Ermənistanın asılı vəziyyətə salınması planıdır.

Ola bilsin ki, Bakı və İrəvan arasında hansısa müqavilə imzalansın. Bu, sülh sazişi, yaxud belə bir sənəd ola bilər. Lakin bu sənəd hər şeyin bitdiyi demək olmayacaq və Ermənistan-Azərbaycan sərhədi qeyri-müəyyən olaraq qalacaq, hətta həmin sənədə sərhədin hansı xəritələr üzrə müəyyən edilməsi məsələsi də daxil edilməyəcək. Bununla yanaşı, Azərbaycan 2021-2022-ci illərdə sərhəddə əldə etdiyi strateji yüksəkliklərdən geri addım atmayacaq”, – o bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90